Praqada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub
12 may, 2025.jpeg)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Praqada yerləşən Azərbaycan Mədəniyyət Evində anım tədbiri keçirilib.
Tədbirdə ölkəmizin Çexiyadakı səfiri Yaşar Əliyev, Azərbaycan diasporunun nümayəndələri, tələbələr və mədəniyyət xadimləri iştirak edib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafına göstərdiyi böyük diqqət və qayğı, eləcə də xalq qarşısındakı misilsiz xidmətləri xüsusi vurğulanıb. Həmçinin, Ümummilli Liderin ehtiramla yanaşdığı azərbaycanlı bəstəkarlar, musiqiçilər və yazıçılar da xatırlanıb.
Tədbir çərçivəsində “Heydər Əliyev və Mədəniyyət” sənədli filmi və telejurnalist Nadejda İsmayılovanın müəllif proqramı “Ümidlə Bakı”dan fraqmentlər nümayiş olunub.
Qeyd edək ki, Praqa şəhərindəki Azərbaycan Mədəniyyət Evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2024-cü ildə açılıb və aktiv fəaliyyət göstərir.
Foto qalereya
Digər xəbərlər