Münsterdə Ümummilli Lider Heydər Əliyev anılıb

12 may, 2025

Münsterdə Ümummilli Lider Heydər Əliyev anılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Almaniyanın Münster şəhərində fəaliyyət göstərən həftəsonu məktəbində xüsusi dərs təşkil edilib. Dərs “Avropa Azərbaycan Mərkəzi”nin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Azərbaycan dilini qürur və sevgi ilə öyrən” layihəsi çərçivəsində baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev və layihənin müəllimi Sahibə Payıküçük çıxış edərək, Heydər Əliyevin zəngin irsi, ana dilimizin qorunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki misilsiz xidmətlərindən danışıblar. Ulu Öndərin siyasi xəttinin bu gün də xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və milli kimliyimizin qorunmasında mühüm rol oynadığı qeyd olunub.

Dərs çərçivəsində “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” adlı sənədli film nümayiş etdirilib. Film vasitəsilə iştirakçılara Azərbaycanın müasir dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən liderliyi və xalqına olan xidmətləri vizual şəkildə çatdırılıb.

Sonda valideynlər və şagirdlər bu cür tədbirlərin milli kimliyin gücləndirilməsi, eləcə də maarifləndirmə və birliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər