Berlində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi dərs keçirilib
12 may, 2025.jpeg)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Almaniyanın Berlin şəhərindəki Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində “Ana dilimizi sevək, sevdirək” adlı layihə çərçivəsində xüsusi dərs təşkil olunub.
Dərsdə şagirdlərə Heydər Əliyevin siyasi lider kimi misilsiz bacarığı, dövlət idarəçiliyindəki uzaqgörənliyi, Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin inkişafına göstərdiyi böyük diqqət və sevgisi barədə ətraflı məlumat verilib.
Həmçinin, Ulu Öndərin zəngin nitq mədəniyyəti və yüksək natiqlik qabiliyyəti xüsusilə vurğulanıb. Şagirdlərə Heydər Əliyevin müxtəlif çıxışlarından videofraqmentlər təqdim olunub və onun auditoriyanı ələ alma bacarığı, dinləyicilərlə qurduğu güclü ünsiyyət üzərində müzakirələr aparılıb. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilib.
Bu dərs şagirdlərə həm Ümummilli Liderin zəngin irsini daha yaxından tanımaq, həm də natiqlik və liderlik bacarıqları barədə düşünmək üçün imkan yaradıb.
Foto qalereya
Digər xəbərlər