Qaraçöplü gənc soydaşımızın uğuru
27 avqust, 2026
Gürcüstanın Qaraçöp mahalının Muğanlı kəndindən olan gənc Zülfüqar Xubanov növbəti böyük uğura imza atıb.
Bir il əvvəl Tbilisi Tibb Universitetində təhsil almağa başlayan Zülfüqar Xubanov bu il tibb təhsili sahəsində beynəlxalq səviyyədə tanınan, Latviyanın nüfuzlu Riqa Stradins Universitetinin (RSU) Tibb fakültəsinə qəbul olub.
Orta məktəbi qızıl medalla bitirən Zülfüqar Xubanov SAT, IELTS və Duolingo kimi beynəlxalq imtahanlarda yüksək nəticələr əldə edib.
Onun təhsil sahəsində qazandığı nailiyyət Qaraçöp gəncləri üçün mühüm örnək olmaqla yanaşı, məqsədyönlü və əzmkar fəaliyyətin uğura aparan yolun bariz nümunəsinə çevrilib.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
