Kanadada “Orientalys” Festivalında Azərbaycan milli irsi nümayiş etdirilib

27 avqust, 2026

Kanadada “Orientalys” Festivalında Azərbaycan milli irsi nümayiş etdirilib

Monreal Kanada-Azərbaycan Cəmiyyəti Şərq xalqlarının zəngin mədəniyyətini nümayiş etdirmək məqsədilə təşkil olunan "Orientalys” Festivalında iştirak edib.

Festivalda Azərbaycanın qədim və zəngin mədəniyyəti, müxtəlif bölgələri, tarixi abidələri və coğrafi gözəllikləri barədə ziyarətçilərə geniş məlumat verilib. Milli geyimlərin, kəlağayıların, suvenirlərin və xəritənin nümayiş etdirildiyi çadırda ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti və müasir inkişafı ilə bağlı çoxsaylı suallar cavablandırılıb. Milli geyimlərimiz festivalın ən çox maraq doğuran təqdimatlarından biri olub. Xüsusilə araqçınla foto çəkdirmək istəyənlərin sayı diqqət çəkib.

Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın digər şəhər və bölgələri, ölkənin müxtəlif coğrafi və tarixi xüsusiyyətlərini əks etdirən fotoşəkillər xüsusi maraqla izlənilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Monreal Kanada-Azərbaycan Cəmiyyətinə təqdim etdiyi ölkəmizin tarixi, mədəniyyəti və coğrafiyasına dair müxtəlif kitablar da festivalda sərgilənib. Bir çox ziyarətçi həmin nəşrlər vasitəsilə Azərbaycanın tarixi və mədəni irsi barədə əlavə məlumatlar əldə edib.

Dörd günlük mədəni tədbirdə Formula 1 yarışlarını izləmək üçün Bakıya səfər etdiklərini bildirən, eləcə də gələcəkdə Azərbaycana gəlmək istədiklərini söyləyən insanların sayının ildən-ilə artdığı müşahidə olunub.

Monreal Kanada-Azərbaycan Cəmiyyətinin üzvləri – Nərgiz Şərifova, Gülnar Xudaverdiyeva, Mahizər Məmmədova, Müşfiq Abdullayev, Bəhruz Məmmədov, Fərid Kohnavard, Leyla Kohnavard və Nilufər Kohnavard festival zamanı ölkəmizin təbliğində xüsusi fəallıq göstəriblər.

Soydaşlarımızın tədbirdə iştirakı Azərbaycanı yeni auditoriyalara tanıtmaq, ölkəmizə marağı artırmaq, zəngin tariximizi, coğrafiyamızı, mədəniyyətimizi və milli irsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından mühüm töhfə sayıla bilər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər