Qahirədə azərbaycanlı tələbələrlə görüş keçirilib

20 noyabr, 2026

Qahirədə azərbaycanlı tələbələrlə görüş keçirilib

Misirdə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

Görüşdə Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov Cəmiyyətin fəaliyyəti, Azərbaycan ilə Misir arasında tarixi, mədəni və elmi əlaqələr, eləcə də diasporun gördüyü işlər barədə ətraflı məlumat verib.

O, tələbələrə Misirdə Azərbaycanın tarixi, mədəniyyəti və həqiqətlərinin təbliğinin əhəmiyyətindən danışıb, bu istiqamətdə fəaliyyətlə bağlı tövsiyələrini bölüşüb və onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, tələbələrin müraciətləri nəzərə alınaraq Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində onlar üçün ərəb dili kursları təşkil edilib. Eyni zamanda, tələbələrin yaşayış, sənədləşmə və təhsil prosesi ilə bağlı məsələlərin həllinə mütəmadi dəstək göstərildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, "Qurani-Kərim"in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər