Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin üzvlərinə sertifikatlar təqdim olunub

19 iyul, 2024

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin üzvlərinə sertifikatlar təqdim olunub

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Azərbaycan, gürcü və ingilis dilləri üzrə 6 aylıq kursları uğurla bitirən 100-dən çox gəncə A1,A1+,A2,A2+ səviyyəsində sertifikatlar təqdim olunub.

Mərkəzin direktoru Rezo Həsənov üç il ərzində görülən işlər və inkişaf layihələri haqqında iştirakçılara məlumat verib. O, gənclərə Gürcüstanın ictimai həyatında aktiv iştirak etmələrini və onlar üçün yaradılan layihələrdən faydalanmağı məsləhət görüb.

Tədbirdə Azərbaycan dili müəllimi Fatma Əliyeva, Dəllər İctimai Məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Əlixan Yəhyaoğlu, Marneuli rayonu Qaçağan ictimai məktəbinin Kimya-Biologiya müəllimi Esmira Ələkbərova, Marneuli rayonu Böyük Muğanlı ictimai məktəbinin direktoru Musa Yusifli çıxış edib. Onlar Mərkəzin qısa zaman ərzində əldə etdiyi uğurlara toxunub, iştirakçıları pedaqoji sahələrə həvəsləndirmək üçün öz təcrübələrini bölüşüblər.

Bundan başqa, Mərkəzdə “Ana dilimizi sevək və sevdirək” layihəsinin iştirakçılarının mükafatlandırma mərasimi keçirilib. Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin kollektivi və müəllim heyəti  qalibləri təbrik edib, onlara həvəsləndirici hədiyyələr, dəftərxana və rəsm ləvazimatları, mobil telefonlar, qulaqlıqlar, “ağıllı” saat və qol saatları hədiyyə veriblər.

Qeyd edək ki, “Ana dilimizi sevək və sevdirək” layihəsi Azərbaycan dili, inşa, rəsm, əl işləri, musiqi və şeir müsabiqələri üzrə keçirilib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər