Pyatiqorsk şəhərində Xocalı qurbanları anılıb

29 fevral, 2024

Pyatiqorsk şəhərində Xocalı qurbanları anılıb

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Rusiya Federasiyasın Pyatiqorsk şəhərində anım mərasimi keçirilib.   

Anım mərasimi Pyatiqorskdakı “Araz” Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutub. Vətən uğrunda şəhid olanların və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Araz” Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov Xocalı soyqrımının xalqımızın başına gəlmiş ən ağır faciə olduğunu bildirərək, dünya azərbaycanlılarının bu günün yad olunmasını mənəvi borcları hesab etdiyini bildirib. Dağıstan Respublikasının Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov Xocalı faciəsi haqqında düşüncələrini bölüşüb. Qroznıy Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Ələskər Əzizov bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının hər bir soydaşımızı sevindirdiyini bildirib.

Çerkesk şəhərinin cəmiyyət sədri Haqverdi Məmmədov, Minerlanıye Vodı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Eldar Babayev, “Pyatiqorsk” cəmiyyətinin sədr müavinləri Cavanşir İsmayılov və Mübariz Osmanov tədbirdə çıxış edib, Xocalı faciəsinin izlərinin hələ uzun illər xatırlanacağını bildiriblər.

Tədbirin sonunda Xocalı qurbanlarının ruhlarına dualar oxunub.    

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər