İzmirdə Azərbaycanın 15 İyun – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü qeyd olunub

16 iyun, 2026

İzmirdə Azərbaycanın 15 İyun – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümü qeyd olunub

Türkiyənin İzmir şəhərində Azərbaycanın 15 İyun – Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümünə həsr olunan tədbir keçirilib. Azərbaycanın Türkiyədəki mədəniyyət elçilərindən biri, aktrisa və diaspor fəalı Roza İbadova Kocamazın təşəbbüsü ilə İzmirin “Engellilər Parkı”nda baş tutan tədbirə  İzmirdə təhsil alan azərbaycanlı tələbələr, eləcə də Türk dünyasının müxtəlif bölgələrindən gələn gənclər qatılıb.

Roza İbadova Kocamaz Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev haqqında şeirlər səsləndirib.

İştirakçılar gənclərin öz tarixinə sahib çıxmasını, keçmişini öyrənməsini və milli yaddaşı yaşatmaq istiqamətində göstərdiyi marağı yüksək qiymətləndirib və gələcəyə ümid verən amil kimi dəyərləndirib.

Azərbaycanlı və türkiyəli gənclərin birlikdə iştirak etdiyi tədbirdə “Bir millət, iki dövlət” anlayışının sadəcə söz deyil, yaşayan bir qardaşlıq nümunəsi olduğu bir daha öz təsdiqini tapıb. İzmirdə keçirilən bu tədbir milli ruhu yaşadan və onu gələcək nəsillərə ötürən gənclik sayəsində Azərbaycanın və Türk dünyasının gələcəyinin etibarlı əllərdə olduğunu göstərib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər