“Diaspor Akademiyası- 2” layihəsi çərçivəsində növbəti təlim keçirilib
10 dekabr, 2024“Diaspor Akademiyası-2” layihəsinin növbəti 5-ci təlimi “Dövlət qurumları və beynəlxalq təşkilatlara müraciətlərin, məktubların yazılması qaydaları” mövzusuna həsr edilib.
Tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov təlim iştirakçılarına dövlət qurumları və beynəlxalq təşkilatların təsnifatı və səlahiyyətləri, bu qurumların məktub və müraciətlərlə işləmə qaydaları, ölkələrə görə məktub və müraciətlərin yazılması, əks əlaqənin yaradılması, məktub və müraciətlərin hərəkətlərinin izlənilməsi və diaspor üçün digər vacib məsələlər barədə məlumat verib.
Təlim iştirakçıları qeyd edilən mövzu ilə bağlı qarşılaşdıqları problemlər, onların həlli yolları ilə bağlı fikirlərini bildirib, təcrübələrini bölüşüblər. Onları maraqlandıran suallar təlimçi və bəzi iştirakçılar tərəfindən cavablandırılıb.
Foto qalereya
Digər xəbərlər