Bolqarıstan Prezidentinə Azərbaycan haqqında kitab hədiyyə edilib

27 may, 2025

Bolqarıstan Prezidentinə Azərbaycan haqqında kitab hədiyyə edilib

Bolqarıstan Teleqraf Agentliyinin təşkilatçılığı ilə “20-ci Bolqar Mediasının Ümumdünya Görüşü” keçirilib. Görüş çərçivəsində Varşets şəhərində təşkil olunan “Avropa Balkanlarda: Bilik vasitəsilə birlikdə” tədbirində Bolqarıstan Prezidenti Rumen Radev iştirak və çıxış edib. Rumen Radev xaricdən gələn bolqar media nümayəndələri ilə səmimi ünsiyyətdə olub.

Tədbirdə “Akord” jurnalının baş redaktoru, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova da iştirak edib. O bu toplantıya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatılıb.

Mariya Hüseynova-Atanasova Bolqarıstan Prezidenti ilə görüşüb, ona ölkəmiz haqqında kitab, “Akord” jurnalının bir neçə nömrəsini və Azərbaycan paxlavası hədiyyə edib. Baş redaktor, həmçinin Rumen Radevi Bakıda fəaliyyət göstərən bolqar icması ilə görüşə dəvət edib.

Qeyd edək ki, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi və Birliyin təsisçisi olduğu “Akord” jurnalı 2005-ci ildən fəaliyyət göstərir.

Aşağıdakı linkdən görüşlə bağlı məlumat əldə etmək mümkündür:

https://www.bta.bg/bg/news/898171-prezidentat-rumen-radev-se-sreshtna-s-predstaviteli-na-balgarski-medii-v-chuzhbi

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər