Berlində 28 May – Müstəqillik Gününə həsr olunmuş dərs keçirilib

30 may, 2025

Berlində 28 May – Müstəqillik Gününə həsr olunmuş dərs keçirilib

Almaniyanın paytaxtı Berlindəki Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin həftəsonu məktəbinin növbəti ana dili dərsi 28 May – Müstəqillik Gününə həsr edilib.

Dərsin əsas məqsədi milli kimliyin formalaşdırılması, dövlətçilik ənənələrinin aşılanması, eləcə də müstəqillik tariximizin əhəmiyyətinin gənc nəsillərə çatdırılması olub.

Həftəsonu məktəbinin müəllimi Pərvanə Aslanova Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi rolundan danışıb. Ölkəmizin görkəmli siyasi və dövlət xadimləri haqqında geniş məlumat verib.

Şagirdlər dərsdə fəal iştirak edərək Azərbaycanın dövlət rəmzləri və tarixi ilə bağlı sualları cavablandırıblar.

Qeyd edək ki, həftəsonu məktəbi "Ana dilimizi sevək, sevdirək” adlı layihə çərçivəsində 2022-ci ildən etibarən fəaliyyət göstərir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər