Barselona Azərbaycan Evində pianoçu uşaqların ilk konserti

30 may, 2025

Barselona Azərbaycan Evində pianoçu uşaqların ilk konserti

Barselona Azərbaycan Evində İspaniyada yaşayan azərbaycanlı bəstəkar və pianoçu Sara Əmirian Dilrubanın şagirdlərinin ilk konserti böyük maraqla qarşılanıb.

Açılışda çıxış edən Sara Əmirian Dilruba tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov başda olmaqla bütün təşkilatçılara və dəstəkçilərə təşəkkürünü bildirib.

Konsertin təşkilində məqsəd azyaşlı soydaşlarımızın musiqi terapiyası vasitəsilə daxili yaradıcılıq potensiallarını üzə çıxarmaq və bəstəkarlığa olan maraqlarını təşviq etməkdir. Tədbir çərçivəsində həm yeni yazılmış kiçik bəstələr, həm də klassik musiqi əsərləri səsləndirilib. Proqram dinləyicilərə yüksək estetik zövq və emosional dolğunluq bəxş edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər