Moldovada 28 May-Müstəqillik Günü qeyd olunub
30 may, 2025
Moldovada “Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadənin təşkilatçılığı və Azərbaycanın Moldovadakı diasporunun dəstəyi ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların qaziləri, Comrat Universitetində təhsil alan Vətən müharibəsi qaziləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin Comrat Universitetinin həyətindəki parkda ucaldılmış büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bəhruz Məmmədzadə Azərbaycan dövlətinin müstəqillik tarixi, 28 Mayın xalqımız üçün əhəmiyyəti və diaspor təşkilatlarının fəaliyyəti haqqında geniş məlumat verib. Belə tədbirlərin xaricdə yaşayan soydaşlarımızın Vətənə sevgisini, milli birliyini və həmrəyliyini möhkəmləndirməsi baxımından xüsusi önəm daşıdığını bildirib.
Foto qalereya
Digər xəbərlər