Özbəkistan Prezidenti Novruz bayramı münasibətilə diasporumuzu təbrik edib

23 mart, 2023

Özbəkistan Prezidenti Novruz bayramı münasibətilə diasporumuzu təbrik edib

Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş təntənəli Novruz şənliyində Azərbaycan diasporu da iştirak edib.

Tədbir çərçivəsində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti  Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb. Soydaşlarımızı bayram münasibətilə təbrik edən dövlət başçısı sərgidə nümayiş olunan eksponatlarla tanış olub, Azərbaycan musiqisini və  mahnılarını dinləyib. Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.

Mərkəzin rəhbərliyi soydaşlarımız adından Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib.  

Bayram konsertində müxtəlif xalqların, o cümlədən azərbaycanlıların da yaradıcı kollektivi çıxış edib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər