Praqada rəsm sərgisi keçirilib
2 iyun, 2025
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində 28 May - Müstəqillik günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən rəsm sərgisi keçirilib. Sərgi "Land of Fire" təşkilatının rəhbəri Fərid Əmirəliyevin təşəbbüsü ilə baş tutub.
Sərgiyə qatılan uşaqların ölkəmizə dair müxtəlif mövzularda çəkdikləri rəsm əsərləri nümayiş olunub.
Daha sonra soydaşlarımızın da cəlb olunduğu səsvermə əsasında ən yaxşı rəsm əsərləri seçilib. Hər bir qonağın səsi ümumi nəticələrin müəyyən olunmasında nəzərə alınıb.
Müsabiqənin qalibləri müxtəlif hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi fəaliyyət göstərir. Bu evlərdən biri də 2024-cü ildə Praqada açılmış Azərbaycan Mədəniyyət Evidir.
Foto qalereya
Digər xəbərlər