Polşadakı soydaşlarımıza səyyar konsulluq və hüquqi məsləhət xidmətləri göstərilib
26 may, 2025.jpeg)
Polşanın Krakov şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin və Xarıbülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə səyyar konsulluq xidməti göstərilib.
Soydaşlarımıza pasport rəsmiləşdirilməsi, notariat və digər vacib konsul xidmətləri haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Səyyar konsulluq xidmətinin növbəti aylarda da davam etdirilməsi planlaşdırılır.
Eyni zamanda, “LegalAZE” şirkətinin dəstəyi ilə polyak hüquqşünaslar soydaşlarımıza hüquqi məsləhətlər verib. Mühacirət, əmək fəaliyyəti və yaşayış icazələri, mülkiyyət hüquqları və digər vacib hüquqi məsələlər barədə onları bilgiləndiriblər.
Bu cür xidmətlərin təşkili Polşada yaşayan azərbaycanlıların konsul xidmətlərinə asan çıxışları, hüquqi məsələlərlə bağlı dəstək almaları, hüquqlarının müdafiəsi və yerli cəmiyyətə inteqrasiyası baxımından olduqca faydalıdır.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Polşanın Krakov şəhərindəki Azərbaycan Evində bu ölkədə yaşayan soydaşlarımız üçün mütəmadi olaraq müxtəlif tədbir və layihələr gerçəkləşdirilir.
Foto qalereya
Digər xəbərlər