Odessada “Azərbaycan” parkında iməcilik keçirilib

26 avqust, 2026

Odessada “Azərbaycan” parkında iməcilik keçirilib

Ukraynanın Müstəqillik Günü münasibətilə Odessada fəaliyyət göstərən "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının təşəbbüsü ilə “Azərbaycan” parkında iməcilik keçirilib.

İməcilik zamanı parkın ərazisində abadlıq və təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib, ətraf ərazi səliqəyə salınıb.

İştirakçılar Azərbaycan və Ukrayna xalqları arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmət və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.

Tədbir həmrəylik və birlik nümayiş etdirib, Ukraynanın Müstəqillik Günü münasibətilə icma üzvlərinin həmrəyliyini ortaya qoyub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər