Misir-Azərbaycan Dostluq Cəmiyyətində Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilib
13 may, 2025.jpeg)
Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri və Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbirdə çıxış edən tədqiqatçı alim Seymur Nəsirov Ulu Öndərin fəaliyyətindən bəhs edib. Müstəqilliyimizin ilk illərində baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayan natiq bildirib ki, böyük risklərə baxmayaraq, Heydər Əliyev xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin illər ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iki ölkə arasında əlaqələrin inkişafında Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Ulu Öndər Misirlə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Müasir Azərbaycanın inkişafında və onun ərəb-islam dünyası ilə əlaqələrinin möhkəmlənməsində məhz Heydər Əliyevin uzaqgörənliyinin və müdrik siyasətinin dayandığını bildirib. Səfir Azərbaycan dilinin Konstitusiyamızda dövlət dili kimi təsbit edilməsinin Ümummilli Liderin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Misirin Heluan Universitetinin professoru Adil Dərviş Heydər Əliyevin zəngin həyat yolu və onun ölkələrimiz arasında əməkdaşlığın inkişafında rolu barədə danışıb.
Asiya məsələləri üzrə misirli tədqiqatçı Əhməd Abdoh Tarabik Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında yazdığı kitab barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonda Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin öyrənilməsində fərqlənən tələbələrə hədiyyələr təqdim edilib və onların ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri dinlənilib.
Qeyd edək ki, tədbir ərəb ölkələrinin mətbuatında geniş işıqlandırılıb:
https://www.elbalad.news/6566871
https://www.albawabhnews.com/5197414
https://mobasheer24.com/2025/05/جمعية-الصداقة-المصرية-الأذربيجانية-ت/
https://www.alwafd.news/5598364
https://alharir.info/116697-2/
https://www.agnaden.net/?p=51184
https://eshbelia-news.com/?p=6769
https://www.canadiannews.net/2025/05/102-2.html?m=1
https://www.altaqrernews.com/2025/05/102-2.html?m=1
https://elalmelarby.com/?p=58294
https://almessa.gomhuriaonline.com/546916/
https://wwnewss.com/جمعية-الصداقة-المصرية-الأذربيجانية-ت-2/
https://www.aldiplomasy.com/146760/
https://daralmaref.com/News/2247621.aspx
https://www.aldiplomasy.com/en/?p=37707
https://www.abou-alhool.com/arabic1/details.php?id=58993
https://nayrouz.com/article/521060
https://alkhabaralfawriu.com/story/169259?sfnsn=scwspwa
https://www.eltashira.com/archives/87748
https://elsoot.com/جمعية-الصداقة-المصرية-الأذربيجانية-ت/
https://aladwaamisr.com/archives/485650
https://garbnews.net/news/s/244835
Foto qalereya
Digər xəbərlər