Mina terroru insan hüquqlarını pozur
12 iyun, 2024Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə 18 iyun – İnsan Hüquqları Günü təsis olunub. Bu, hər zaman bəşəriyyətin ən vacib məsələsi olan insan hüquqlarının və azadlıqlarının təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin mövcud siyasi iradəsinin göstəricilərindəndir.
Tarixin bir çox dövrlərində erməni terrorçuları azərbaycanlıların hüquqlarını pozub, millətimizə qarşı deportasiyası, qətllər və etnik təmizləmə siyasəti həyata keçiriblər.
Təəssüf ki, erməni terroru Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra da davam edir. İstər işğal dövründə, istər də müharibədən sonra düşmən tərəfindən basdırılmış minaların partlaması çox sayda mülki əhalinin həyatını itirməsinə, ağır xəsarətlər almasına səbəb olur. Beləliklə, onların yaşamaq hüququ, sağlamlıq hüququ əllərindən alınır. İşğalçı ölkə mina xəritələrini verməməklə insan hüquqlarını pozmaqda davam edir.
Azərbaycan diasporu mina terrorunu daim gündəmdə saxlayır, beynəlxalq ictimaiyyətin diqqətini bu mövzuya çəkərək bəyanatlar yayır, məktublar ünvanlayır, aksiyalar keçirirlər. Artıq yaşadıqları bir çox ölkələrdə Azərbaycana qarşı mina terrorunun müxtəlif formalarda qınanılmasına nail olublar.
Foto qalereya
Digər xəbərlər