Meyn ştatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
10 yanvar, 2025
ABŞ-nin Meyn ştatında yaşayan soydaşlarımız 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını qeyd ediblər.
Meyn Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycan icmasının üzvləri, Meyn ştatının rəsmiləri və ictimaiyyətin tanınmış nümayəndələri qatılıb.
Yazıçı Reza Cəlaliyə, Meyn Nümayəndələr Palatasının üzvü Deqa Dalaka, iş xanımı Exlas Əhmədə və digərlərinə Meyn Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştiraklarına, dəstək və töhfələrinə görə sertifikatlar verilib.
Tədbirdə milli musiqi nümunələrimiz səsləndirilib, uşaqların ifasında Azərbaycan xalq rəqsləri nümayiş olunub.
Foto qalereya
Digər xəbərlər