“Məryəmin laylası” beynəlxalq festivalda “Ən yaxşı musiqi klipi” seçilib

20 may, 2026

“Məryəmin laylası” beynəlxalq festivalda “Ən yaxşı musiqi klipi” seçilib

Çexiyanın paytaxtı Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova ilə İspaniyada yaşayan soydaşımız Azər Ağalarovun birgə hazırladığı “Məryəmin laylası” musiqi klipi Yunanıstanın Levadiya şəhərində keçirilən Muses Film Mükafatları – Levadiya Beynəlxalq Film Festivalında “Ən yaxşı musiqi klipi” nominasiyasına layiq görülüb.

“Məryəmin laylası” klipi, həmçinin Prisma Müstəqil Film Mükafatları (Roma, İtaliya), Auguri Film Festivalı (Turin, İtaliya) və Golden Bridge İstanbul Film Festivalı (Türkiyə) daxil olmaqla bir sıra beynəlxalq film festivallarında nümayiş üçün seçilib.

Klipin həmmüəllifi Azər Ağalarov Muses Film Mükafatları – Levadiya Beynəlxalq Film Festivalının dünyanın müxtəlif ölkələrindən rejissor, musiqiçi, rəssam və digər yaradıcı mütəxəssisləri bir araya gətirdiyini qeyd edib. Bu il festivalda təxminən 200 filmin nümayiş etdirildiyini vurğulayıb. Klipdə rol alan 10 yaşlı Mariya Cəfərovanın da xüsusi sertifikatla təltif olunduğunu bildirib.

Məlumat üçün bildirək ki, klipin ideyası altı il əvvəl Mariyanın anası Leyla Begimdən layla yazmasını xahiş etməsi ilə yaranıb. Azər Ağalarov həmin şeirə musiqi bəstələyib və sonradan video çəkilişləri həyata keçirilib. Klip İspaniyanın Kartagena şəhərində, musiqiçi və prodüser Leo Fernandezin rəhbərlik etdiyi “Sin Tregua” studiyasında hazırlanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər