Benilüks Azərbaycanlıları Konqresinin üzvləri Qərbi Azərbaycan İcması rəhbərliyi ilə görüşüb
21 avqust, 2024Benilüks Azərbaycanlıları Konqresinin (BAK) üzvlərinin Qərbi Azərbaycan İcması rəhbərliyi ilə Bakıda görüşü baş tutub.
Görüşdə BAK-ın sədri Elsevər Məmmədov, BAK-ın sədr müavini Sima Cəfərova, BAK-ın mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva, BAK-ın Azərbaycan üzrə nümayəndəsi, “Dayaq” təşkilatının sədr müavini Məcid Məmmədov, Qərbi Azərbaycan İcmasının rəhbəri, Millət Vəkili Əziz Ələkbərli və İcma rəhbərinin müavini, Millət Vəkili Hikmət Babaoğlu iştirak edib.
Görüş zamanı Qərbi Azərbaycan İcması ilə Benilüks Azərbaycanlıları Konqresinin əməkdaşlığı, bu əməkdaşlığın və gələcək planların perspektivləri müzakirə olunub.
Görüşdə son 100 ildə soydaşlarımızın Ermənistan ərazisindən deportasiya edilməsi və toponimlərin erməniləşməsi kimi mövzular müzakirə edilib, bu mövzularla bağlı yeni faktlar nəzərdən keçirilib. Soydaşlarımızın doğma yurdundan - Qərbi Azərbaycandan deportasiyası ilə bağlı məlumatların Avropa ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb. Sovet İttifaqı dövründə bu hadisələrin gizlədildiyi pislənib. Görüş iştirakçıları bu məsələnin ictimailəşməsinin vacibliyini diqqətə çatdırıblar.
Foto qalereya
Digər xəbərlər