Melburnda Novruz bayramı qeyd edilib

28 mart, 2023

Melburnda Novruz bayramı qeyd edilib

Avstraliya İttifaqının Melburn şəhərində Azərbaycan icmasının Novruz bayramına həsr olunmuş tədbiri keçirilib.

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasinin təşəbbüsü ilə baş tutan bayram şənliyində diplomatlar, avstraliyalı millət vəkilləri və soydaşlarımızdan ibarət 200 nəfərdən çox qonaq iştirak edib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, Türkiyənin Melburndakı Baş konsulu Arif Eser Torun, Viktoriya parlamentinin millət vəkilləri Trung Luu və Devid Sautvik barış, nikbinlik, dostluq, xeyirxahlıq rəmzi olan Novruz bayramı münasibətilə soydaşlarımızı təbrik ediblər və xoş arzularını bildiriblər. 

Bayram şənliyi milli rəqslərimiz və mahnılarımızla davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər