Mərakeş Krallığında görüşlər keçirilib

14 mart, 2025

Mərakeş Krallığında görüşlər keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Mərakeş Krallığına səfəri çərçivəsində bir sıra rəsmi qurumların və beynəlxalq təşkilatın rəhbər şəxsləri ilə görüşlər keçirilib.

Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid El Alami, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə, həmçinin Xaricdə Yaşayan Mərakeşlilər üzrə 2-ci Həsən Fondunda, Xaricdəki Mərakeş İcması Şurasında və Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyində keçirilən görüşlərdə ölkələrimiz arasında dostluq münasibətləri, xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilər arasında əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə iki ölkənin münasibətlərinin daha da inkişaf etdiyini vurğulayan Komitə sədri həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Mərakeş Krallığının rəsmiləri sədrin səfərini yüksək qiymətləndirib, diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib, ölkələrimiz arasında münasibətlərin inkişafında diasporun əvəzsiz rolunu qeyd ediblər.

Görüşlərdə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov da iştirak edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər