Marneulidə yunan-Roma güləşi üzrə turnir keçirilib
30 iyul, 2024Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə atlet, klassik güləş ustası, Azərbaycan SSR Xalq artisti Rəşid Pəhləvanın (Rəşid Yusubov) xatirəsinə həsr olunmuş klublararası yunan-Roma güləşi üzrə turnir keçirilib.
GAİM-in icraçı direktoru Murad Muradov tədbiri açıq elan edərək bütün idmançılara uğurlar arzulayıb. Gürcüstan və Azərbaycanın Dövlət Himnləri səsləndirildikdən sonra yarış başlayıb.
Yarışın təşkilində əsas məqsəd Rəşid Yusubovun yad edilməsi, gəclər tərəfindən tanınması və bölgədə yunan-Roma güləşinin inkişafı və təbliğ olunmasıdır.
Turnirdə 2 yaş qrupu üzrə 15 çəki dərəcəsində 5 komanda yarışıb. Ümumi medal sayına görə GAİM komandası turnirin qalibi olub.
Foto qalereya
Digər xəbərlər