Marneulidə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunub

20 oktyabr, 2026

Marneulidə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd olunub

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə şagirdlər üçün maarifləndirici tədbir keçirilib.

Mərkəzin müəllimləri Zülfinaz Əliyeva və Sayalı İsmayılova balaca soydaşlarımıza Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, Gürcüstanın müstəqillik tarixi, eləcə də hər iki ölkənin azadlıq uğrunda mübarizəsi barədə məlumat veriblər.

 

Daha sonra Azərbaycan və Gürcüstanın müstəqillik tarixləri, dövlətçilik ənənələri və mədəni irsi ilə bağlı sual-cavab təşkil olunub. İnteraktiv müzakirələr şagirdlərin tarixi biliklərinin artırılmasına və milli dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər