Koreyalı şagirdlər Azərbaycanla yaxından tanış olublar

13 iyul, 2026

Koreyalı şagirdlər Azərbaycanla yaxından tanış olublar

Cənubi Koreyada fəaliyyət göstərən Qlobal Mədəniyyət və Dil Təhsili Mərkəzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmiz haqqında maarifləndirici mühazirə keçirilib.

Leyla Məsimlinin təqdimatında keçirilən mühazirədə şagirdlər Azərbaycanın tarixi, coğrafiyası, zəngin mədəni irsi, milli dəyərləri və adət-ənənələri ilə tanış olublar. Mühazirə koreyalı məktəblilərin Azərbaycan haqqında biliklərinin artırılmasına, ölkəmizə marağın gücləndirilməsinə və mədəniyyətlərarası əlaqələrin inkişafına xidmət edib.

Tədbirin sonunda mövzu ilə bağlı interaktiv sual-cavab təşkil olunub. Sualları düzgün cavablandıran şagirdlərə Diasporla İş üzrə Dövlət Komitəsinin loqosu əks olunmuş xatirə hədiyyələri təqdim edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər