Azərbaycanlı hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir

16 iyul, 2026

Azərbaycanlı hüquqşünaslar ABŞ-də bir şəbəkədə birləşir

ABŞ-nin İllinoys ştatında Amerikada Azərbaycanlı Hüquq Tələbələri və Məzunları Şəbəkəsi (Azerbaijani Law Students and Alumni Network of America - ALSANA) yaradılıb.

Şəbəkənin əsas məqsədi ABŞ-də hüquq təhsili alan azərbaycanlı tələbələri, bu sahədə çalışan və akademik fəaliyyət göstərən azərbaycanlı hüquqşünasları vahid platforma ətrafında birləşdirməkdir. Təşkilat azərbaycanlı mütəxəssislər arasında əlaqələrin gücləndirilməsinə, bilik və təcrübə mübadiləsinin təşviqinə, eləcə də gənc hüquqşünasların peşəkar inkişafına da dəstək göstərəcək.

ABŞ ilə Azərbaycan arasında hüquqi əməkdaşlığı genişləndirmək, hüquq sahəsində yeni təşəbbüsləri dəstəkləmək və qarşılıqlı əlaqələri möhkəmləndirmək, Azərbaycanın milli maraqlarından çıxış etmək ALSANA-nın prioritetlərindəndir.

Amerikada Azərbaycanlı Hüquq Tələbələri və Məzunları Şəbəkəsinin təsisçiləri Çikaqo-Kent Hüquq Kollecinin məzunu, ABŞ-də fəaliyyət göstərən hüquqşünas Əmiraslan Yusifov və Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin həmtəsisçisi, hüquqşünas Mehriban Məmmədovadır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər