Komitə əməkdaşları və diaspor nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

10 may, 2023

Komitə əməkdaşları və diaspor nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları və hazırda Azərbaycanda olan diaspor nümayəndələri görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

DİDK əməkdaşları və diaspor nümayəndələri ulu öndərin abidəsi önünə əklil qoyub, xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarına gül dəstələri düzülüb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər