Kanadada Azərbaycan mətbəxindən nümunələr təqdim olunub
4 aprel, 2024.jpg)
Kanadanın Alberta əyalətinin Baş naziri Daniyela Smitin (Daniella Smith) dəvəti ilə Alberta əyalətində fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Livan, Misir, Pakistan icmasının nümayəndələri Kalqari şəhərində iftar süfrəsində bir araya gəliblər. Tədbirdə Azərbaycan icmasını Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ALACS) təmsil edib. ALACS iftar mərasiminin qonaqlarına Azərbaycan və türk mətbəxinə xas olan ləziz təamlar, şirniyyatlar, kəklikotu çayı təqdim edib. ALACS-ın bu təşəbbüsü qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər