Belfast Kraliça Universitetində “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib

27 may, 2025

Belfast Kraliça Universitetində “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib

Böyük Britaniyanın Belfast Kraliça Universitetində (Queen’s University Belfast) keçirilən “Discover Azerbaijan” (“Azərbaycanı kəşf et”) adlı mədəni tədbir universitetdə doktorantura təhsili alan Gülvin Yusifovanın təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü və 28 May – Müstəqillik Günü qeyd edilib.

Əsas məqsəd Azərbaycanın müstəqillik tarixini, milli mədəniyyətini və zəngin irsini universitetin xarici tələbələrinə tanıtmaq, milli həmrəylik ruhunu yaşatmaq olub.

Müxtəlif ölkələrdən olan tələbələrin qatıldığı tədbirdə Azərbaycanın müstəqillik tarixi haqqında məlumatlandırıcı təqdimat keçirilib. Sonra iştirakçılar üçün ölkəmizlə bağlı maraqlı faktları əhatə edən interaktiv onlayn viktorina təşkil olunub. Viktorinanın qalibinə xüsusi hədiyyə, digər iştirakçılara isə Azərbaycanla bağlı xatirə brelokları verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər