Dmanisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa müsabiqəsi keçirilib

27 may, 2025

Dmanisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa müsabiqəsi keçirilib

“Dmanisi Tədris Mərkəzi”nin təşəbbüsü ilə azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda II inşa yazı müsabiqəsinin ilk turu keçirilib.  

Əvvəlcə mərhum akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərkəzin rəhbəri Kamran Xıdırov çıxış edərək Mədəd Çobanovun həyatı, elmi yaradıcılığı, pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verib. Müsabiqənin məqsədinin şagirdlərin ana dilimizə sevgilərini daha da artırmaq, onları Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirmək olduğunu bildirib. Kamran Xıdırov müsabiqənin iştirakçısı 75 şagirddən 25-nin Marneulidə keçiriləcək ikinci mərhələyə vəsiqə alacağını qeyd edib.

Gürcüstan Parlamentinin sabiq deputatı Ruslan Hacıyev ana dilini öyrənməyin, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyindən danışıb.

Dmanisi Resurs Mərkəzinin direktoru Maya Xmalaca bu cür inşa müsabiqələrinin keçirilməsinin əhəmiyyətindən bəhs edib və şagirdlərə uğurlar arzulayıb.

Daha sonra Təşkilat Komitəsinin sədri, Mədəd Çobanovun tələbəsi olmuş professor Mahmud Kamaloğlu şagirdlərin Azərbaycan dilinin zənginlikləri barədə öz fikirlərini böyük həvəslə və bir-birindən maraqlı tərzdə bölüşdüklərini bildirib.

Sonda Mədəd Çobanovun kitabları, eləcə də ona həsr olunan nəşrlər tədbir iştirakçılarına hədiyyə edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər