Azərbaycan Yuta ştatında keçirilən mədəniyyət festivalında təmsil olunub
27 may, 2025
ABŞ-nin Yuta ştatının Solt Leyk Siti şəhərində “Living Traditions” (“Yaşayan ənənələr”) adlı mədəniyyət festivalı keçirilib.
Üç gün davam edən festivala dünyanın müxtəlif ölkələrinin nümayəndələri qatılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə “Yuta Azərbaycan Dostluq Təşkilatı” ölkəmizi festivalda təmsil edib. Azərbaycan guşəsində Vətənimizin görməli yerlərinin fotoları, milli geyim və suvenirlərimiz, kəlağayı və kitablar nümayiş olunub. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib. Qonaqlara ölkəmizlə bağlı məlumat verilib.
Qeyd edək ki, “Yuta Azərbaycan Dostluq Təşkilatı” uzun illərdir Azərbaycanın ABŞ-də təbliği istiqamətində fəaliyyət göstərir. “Amerika Azərbaycan Təşkilatları Alyansı”nın üzvü olan təşkilatın həmtəsisçiləri Əsmər və Kamran Qarayevlərdir.
Foto qalereya
Digər xəbərlər