İtaliyadakı Azərbaycan icmasından Roma Papasının vəfatı ilə bağlı başsağlığı

23 aprel, 2025

İtaliyadakı Azərbaycan icmasından Roma Papasının vəfatı ilə bağlı başsağlığı

İtaliyadakı Azərbaycan icması Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə və Vatikan Dövlət Katibliyinə başsağlığı məktubu ünvanlayıb.

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Milan üzrə koordinatoru Fidan Abdullazadə, İtaliyada fəaliyyət göstərən İtaliya-Azərbaycan Birliyinin sədri Fərid Abbasov və Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov papa Fransisk həzrətlərinin vəfatı xəbərini sarsıntı hissi ilə qarşıladıqlarını məktublarında qeyd ediblər.

Onlar dini lider kimi bütün dünyada dərin hörmət və rəğbət qazanmış Roma Papasının vəfatından kədərləndiklərini bildirərək, onun əziz xatirəsinin qəlblərdə daim yaşayacağını vurğulayıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər