III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinin iştirakçıları “Qarabağ”ın futbolçuları ilə görüşüb

26 dekabr, 2023

III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinin iştirakçıları “Qarabağ”ın futbolçuları ilə görüşüb

III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsinin 3-cü günündə şagirdlər “Qarabağ FK” Futbol Komandasının oyunçuları ilə görüşüb.

Komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçular şagirdləri səmimiyyətlə qarşılayaraq onlarla futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Xatırladaq ki, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə 21-27 dekabr 2023-cü il tarixlərində keçirilən düşərgədə Qazaxıstanda fəaliyyət göstərən həftəsonu “Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın övladları iştirak edirlər.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər