İğdır Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyev anılıb

13 may, 2025

İğdır Azərbaycan Evində Ümummilli Lider Heydər Əliyev anılıb

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə  İğdır Azərbaycan Evində tədbir keçirilib.

Tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar açılış nitqində Heydər Əliyevin Azərbaycan tarixində oynadığı əvəzolunmaz rolu xüsusi vurğulayaraq qeyd edib: “Heydər Əliyev Azərbaycan tarixində dərin iz qoymuş şəxsiyyətdir. Onun siyasi irsi və qardaş Türkiyə ilə münasibətlərin strateji əsasda qurulması bu gün də iki ölkə arasında əlaqələrin inkişafında əsas dayaqlardan biridir”.

Daha sonra tədbirdə “Yeşil İğdır” qəzetinin baş redaktoru jurnalist Cabbar Şıktaş, Nazım Karadağ, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, Kenan Karadağ, vəkil Cafer Zor, Sözer Akyıldırım və İsmail Ateş çıxış ediblər.

Çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin iqtisadi və siyasi sabitliyinin təmin olunması, eləcə də xarici siyasət strategiyasının formalaşdırılması sahəsində gördüyü işlər geniş şəkildə dəyərləndirilib. Natiqlər onun dövlət idarəçiliyi təcrübəsinin və milli maraqlara əsaslanan yanaşmasının bu gün də aktuallığını qoruduğunu söyləyiblər.

Natiqlər bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ümummilli Liderin siyasi və ictimai irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər