Almaniyada yaşayan azərbaycanlı kibercinayətkarlıq sahəsində hüquq doktoru olub

4 mart, 2024

Almaniyada yaşayan azərbaycanlı kibercinayətkarlıq sahəsində hüquq doktoru olub

Almaniyada yaşayan azərbaycanlı Asif Mustafayev hüquq doktoru dərəcəsi alıb. O, kibercinayətkarlıq sahəsində bu dərəcəni qazanan ilk azərbaycanlıdır. Asif Mustafayev “Avropa, Almaniya və Azərbaycan nümunəsində kibercinayətkarlıq sahəsində qanunvericiliyin müqayisəli təhlili və beynəlxalq tələblərin nəzərə alınması” mövzusunda dissertasiya müdafiə edib.

2017-ci ildə Köln Universitetinin Avropa və beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirən Asif Mustafayev Azərbaycan gənclərinin xaricdə təhsili dövlət proqramı çərçivəsində doktorantura təhsili də alıb.

Köln Universitetinin hüquq fakültəsi Almaniyanın ən böyük hüquq fakültələrindən hesab olunur. Təhsil ocağında tədrislə yanaşı elmi tədqiqatlara və beynəlxalq təcrübənin tətbiqinə geniş yer verilir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər