Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin dayanıqlı inkişafının 18-ci hədəfi kimi tanınmasını tələb edir

8 dekabr, 2023

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin dayanıqlı inkişafının 18-ci hədəfi kimi tanınmasını tələb edir

Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxsin – Zamin Həsənli və Rahim Həbibovun ağır yaralanması xəbəri Niderlandın Haaqa şəhərində yaşayan Azərbaycan icmasında hiddət doğurub.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bu xəbər Ermənistanın yerləşdirdiyi minaların Azərbaycanda insan həyatı üçün təhlükə yaratmasının davam etməsi kimi qiymətləndirilib.

Nəzərə çatdırılıb ki, 44 günlük müharibənin bitməsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 340 nəfərə çatıb.

Yaşamaq hüququnun ən əsas insan hüquqlarından biri olduğunu xatırladan birlik beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmənin BMT-nin dayanıqlı inkişafının 18-ci hədəfi kimi tanınmasını dəstəkləməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər