GAİM-də yunan-Roma güləşi üzrə məşqlər davam edir
2 noyabr, 2026
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yunan-Roma güləşi üzrə məşqlər davam edir.
Məşqçilər Elçin Mustafayev və Elşən Qocayevin keçdiyi məşqlərdə uşaqlar və gənclər güləşin əsas texnikalarını öyrənir, fiziki hazırlıqlarını və idman bacarıqlarını inkişaf etdirirlər.
Məşğələlər həftənin I, III və V günləri saat 18:00-dan 20:00-dək təşkil olunur.
Ətraflı məlumat almaq və dərslərə yazılmaq istəyənlər aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
Ünvan: Marneuli, Q. Mazniaşvili küçəsi 3 (Azərbaycan Evi, Ataholding)
Tel: +995 588 883 919
E-mail: gaim.integration@gmail.com
Foto qalereya
Digər xəbərlər
