GAİM-də İT və proqramlaşdırma kurslarına qeydiyyat başlayıb
18 avqust, 2026
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi İT və proqramlaşdırma kurslarına qeydiyyat başlayıb.
Peşəkar proqramçı və müəllim Emin Məmmədovun keçəcəyi təlimlər proqramlaşdırmanı sıfırdan öyrənmək istəyən şəxslərlə yanaşı, ali təhsil müəssisələrinin İT ixtisaslarında təhsil alan və proqramlaşdırma üzrə bilik və bacarıqlarını təkmilləşdirmək istəyən tələbələr üçün nəzərdə tutulub.
İştirakçılar proqramlaşdırmanın əsaslarını öyrənmək, praktiki bacarıqlarını inkişaf etdirmək, universitetdə keçdikləri proqramlaşdırma fənləri üzrə əlavə dəstək almaq və İT sahəsində gələcək inkişafları üçün möhkəm bilik bazası formalaşdırmaq imkanı əldə edəcəklər.
Kurslar Marneuli şəhərində Mazniaşivili küçəsi 3 ünvanında yerləşən Azərbaycan Evində (GAİM) keçiriləcək.
Kurslarda iştirak etmək istəyən şəxslərin əvvəlcədən bu linkdən (https://forms.gle/EgNE4iBRSiFuJtEt6) qeydiyyatdan keçmələri tövsiyə olunur.
Kurslara dair suallar üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:
Tel.: +995 588 883 919; +995 555 33 48 29
E-mail: gaim.integration@gmail.com
Digər xəbərlər
