Dmanisi idmançıları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğur qazanıblar

18 avqust, 2026

Dmanisi idmançıları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğur qazanıblar

Dmanisidən olan idmançılar avqustun 8-dən 10-dək Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq Kikboksinq K-1 turnirində uğurlu nəticələr göstəriblər. 

Turnirdə əməkdar məşqçi Tuccar Əliyevin rəhbərlik etdiyi Dmanisi Kikboksinq K-1 klubunun 5 yetirməsi iştirak edib. Peşəkar kəmər uğrunda mübarizə aparan Dmanisi idmançılarından 4-ü turnirin qalibi olaraq kəmər qazanıb, 1 idmançı isə ikinci yeri tutub. 

Yarışda 38 kq çəki dərəcəsində mübarizə aparan Yusif Nazarov, 35 kq-da Xəyal Hüseynov, 32 kq-da Xəyal Nəsibov və 22 kq-da Cəsur Hümbətov birinci yerə layiq görülüblər. 48 kq çəki dərəcəsində yarışan Əli Hüseynov isə ikinci yeri tutub.

Beləliklə, Dmanisi Kikboksinq K-1 klubunun bütün iştirakçıları turnirdə medal qazanaraq bölgəni uğurla təmsil ediblər.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər