Florida ştatının Mayami-Deyd dairəsinin meri 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb

30 may, 2025

Florida ştatının Mayami-Deyd dairəsinin meri 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb

ABŞ-nin Florida ştatının Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb. Bəyannamə ABŞ-nin Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovaya təqdim edilib.

Sənəddə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi və bununla da  dünya tarixində ümumi seçki hüququ verən ilk milli dövlətlərdən biri olduğu qeyd edilib. Eyni zamanda o dövrdə ABŞ də daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı bildirilib.

Bəyannamədə Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının Mayami-Deyd bölgəsinin mədəni müxtəliflik və mədəniyyətlərarası anlaşmanın  inkişafındakı rolu xüsusi vurğulanıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər