Fleytaçı Ağarahim Quliyev daha bir beynəlxalq müsabiqənin qalibi olub
2 iyul, 2025
Fransada yaşayan azərbaycanlı fleytaçı Ağarahim Quliyev beynəlxalq “Miclot Beynəlxalq Musiqi Müsabiqəsi”nin onlayn formatda keçirilən mərhələsinin qalibi olub. Musiqiçi bu qələbəni karyerasının mühüm məqamı sayır.
Müsabiqənin münsiflər heyətində Nyu York Universitetinin Musiqi fakültəsinin müəllimləri, məşhur fleytaçı Su Kyung Park və doktor Jinyoung Susanna Paik kimi dünya fleyta məktəbinin tanınmış simaları yer alıblar. Münsiflər heyəti Ağarahim Quliyevin çıxışını yüksək qiymətləndirərək, onun texniki ustalığını və musiqi duyumunu xüsusi vurğulayıblar.
Soydaşımız əldə etdiyi uğurlar nəticəsində Nyu Yorkdakı əfsanəvi Linkoln Mərkəzinə dəvət olunub. Bu dəvət klassik musiqi ifaçıları üçün böyük önəm daşıyır.
Qeyd edək ki, Ağarahim Quliyev “AVEY” kamera duetinin həmtəsisçisi və bədii rəhbəridir. O, 2022-ci ilin avqust ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin 3-cü Yay Düşərgəsinin iştirakçısı olub.
Digər xəbərlər