Filadelfiyada Azərbaycan mətbəxi haqqında kitab işıq üzü görüb
8 yanvar, 2025ABŞ-nin Filadelfiya ştatında "Dəryanın kulinariya macərası: Azərbaycan mətbəxini tədqiq etmək" kitabı işıq üzü görüb. Kitabın müəllifi orada yaşayan soydaşımız yazar Mahizər Cavadovadır. 2-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan nəşr ingilis dilində, maraqlı və əyləncəli üslubda yazılıb.
Kitabda Azərbaycan mətbəxinin araşdırılması, tanıdılması və milli mətbəx ənənələrinin bu gün davam etdirilməsindən danışılıb.
Qeyd edək ki, uşaq yazıçısı Mahizər Cavadovanın bundan öncə “Altayın Novruz macəraları” (“Altay’s Novruz Adventure”) kitabı ingilis dilində çapdan çıxıb. Müəllifin kitabları xaricdə yaşayan azərbaycanlı uşaqların milli adət-ənənələri öyrənməsi, Vətənlə bağlılığının artırılması baxımından maraq kəsb edir.
"Dəryanın kulinariya macərası: Azərbaycan mətbəxini tədqiq etmək" adlı kitabı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:
https://www.amazon.com/dp/B0DR37R9MD/ref=cm_sw_r_as_gl_api_gl_i_Y2NC9TFDF0XGED59C9Z6
Foto qalereya
Digər xəbərlər