Əbu-Dabi şəhərində “Heydər Əliyev – 100” ağacəkmə aksiyası təşkil edilib

21 dekabr, 2023

Əbu-Dabi şəhərində “Heydər Əliyev – 100” ağacəkmə aksiyası təşkil edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev – 100” ağacəkmə aksiyası keçirilib.

Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki koordinatoru Nuranə Hüseynovanın təşkilatçılığı ilə “Old Airport Park” ərasizində baş tutan aksiyada Əbu-Dabi şəhər bələdiyyəsinin rəsmi şəxsləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Nuranə Hüseynova aksiya iştirakçılarına ümummilli liderin həyat və fəaliyyətindən danışıb.

Sonra aksiya iştirakçıları dahi şəxsiyyətin bir əsrlik yubileyi münasibətilə 100 ağac əkiblər. Həmin ərazidə üzərində “Heydər Əliyev – 100” yazılmış, ulu öndərin həyat və fəaliyyətini əks etdirən QR-kodlu lövhə quraşdırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər