Dövlət Komitəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
10 may, 2026
Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və xaricdəki Azərbaycan icmaları unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin ildönümünə həsr olunan çoxsaylı tədbirlər keçirir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
