“Diaspor Akademiyası - 3” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib
19 noyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Diaspor Akademiyası-3” layihəsi çərçivəsində oktyabrın 17-dən noyabrın 14-dək növbəti təlimlər keçirilib.
Təlimlər “Post-2020 reallıqları və yeni geosiyasi balans”, “Yumşaq güc və ictimai diplomatiya alətləri”, “Daxili siyasət prioritetləri və milli inkişaf modeli”, “Enerji və nəqliyyat diplomatiyası (Orta Dəhliz konteksti)” mövzularına həsr edilib.
Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara 2020-ci il müharibəsindən sonrakı mərhələ və 10 noyabr bəyanatı, Azərbaycanın prioritetləri, sülh sazişi prosesi, nəqliyyat və enerji layihələri, “Yumşaq güc” və ictimai diplomatiya, diaspor hansı əlaqələri qura bilər?, hüquqi dövlət və korrupsiyaya qarşı mübarizə, dövlət quruluşu: kim nə edir?, seçkilər və vətəndaş iştirakı, dəhliz niyə diplomatiya tələb edir? neft və qaz diplomatiyası və s. məsələlər barədə məlumat verib.
İnteraktiv formatda keçirilən təlimlər zamanı iştirakçılar mövzularla bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi diaspor nümayəndələrini səmərəli diaspor fəaliyyətinə hazırlamaq, fandreyzinq alətlərinə yiyələnmələrinə kömək göstərmək, diaspor nümayəndələrindən öyrəndiklərini və təcrübələrini yaşadıqları ölkələrdəki Azərbaycan diasporunun digər nümayəndələrinə ötürə biləcək kadrlar hazırlamaqdır. “Diaspor Akademiyası-3” layihəsinin məzunu olmuş şəxslər yekunda sertifikat əldə edəcəklər.
Digər xəbərlər
