Denverdə “Azərbaycanın mirası və gələcəyi” adlı bayram tədbiri
30 may, 2025ABŞ-nin Kolorado ştatının paytaxtı Denver şəhərində 28 May – Müstəqillik Gününə həsr olunan “Azərbaycanın mirası və gələcəyi” adlı tədbir keçirilib. Tədbir "Koloradoda Azərbaycan Diasporu"nun təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Tədbirə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun nümayəndəsi Ramiz Dəşdəmirov, xarici qonaqlar, yerli ictimaiyyətin nümayəndələri, Koloradoda yaşayan icma üzvləri və türkdilli ölkələrin diaspor nümayəndələri qatılıb.
Təşkilatın rəhbəri Nigar Şıxsəfiyeva bu kimi tədbirlərin Azərbaycan mədəniyyətinin, tarixinin və müstəqillik ruhunun beynəlxalq ictimaiyyətə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Konsul Ramiz Dəşdəmirov çıxışında diasporumuzun ABŞ-də getdikcə güclənməsini və belə tədbirlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə azyaşlıların ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, milli rəqslərimiz nümayiş olunub. İştirakçılar ölkəmizin müstəqillik tarixini əks etdirən qısa film izləyiblər.
Foto qalereya
Digər xəbərlər