Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub

25 sentyabr, 2024

Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Qonağı salamlayan Komitə sədri Fuad Muradov iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib.

Fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edən Məsud Aşina bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi, ölkə daxilində və  hüdudlarından kənarda təhsil alan, yaşayan gənclərimizin beynəlxalq elm aləminə inteqrasiyası, fəallıqlarının artırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Məsud Aşinaya diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib.

Məsud Aşina Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub.

2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edən Məsud Aşinanın tədqiqatları baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 4 milyon avro mükafata layiq görülüb. 2021-ci ildə Türkiyədə TÜBA - Beynəlxalq Akademiya Mükafatının laureatı olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər